ZÜMRÜD

Yuxuda zümrüd-halal mala, xeyirxahlığa, uğur qazanmağa işarə sayılır. Dəlikli zümrüd görən qadın güzəranın pisliyi üzündən ərindən boşanaraq başqa kişiyə ərə gedəcək və ya dedi-qodu ünvanı olacaqdır.

ZÜLM

Röyada iqtidar sahibi adamlardan zülm görmək-erkən ölümə işarədir. Özünü zalım, zülmkar görmək-yoxsulluqdur. Yuxuda zalımlığını etiraf edən adam tövbə edər. Zülmünü gördüyünüz adama bəd dua etmək-müjdə və sevincə yozulur.

ZOPA

Yuxuda əldə zopa dolaşdığını görmək-bir dostunuza yaxşılıq edəcək və ya dostunuzdan yaxşılıq görəcəksiniz. Zopa ilə birisini vurmaq-hürriyyətə qovuşacaq və ya ailənizdən ayrılaraq ayrıca ev alacaqsınız. Zopayla vurduğunuz adam haqlı yerə vurulmuşsa, düşmənlərinizə və sizəi istəməyənlərə qarşı mübarizədə qəti zəfər qazanacaqsınız.

ZOOPARK

Röyada uşaqlarıyal birgə zooparkda gəzmək-bir müddət sıxıntı və əndişə içində qalacaq, sonra istəməriyiniz bir məsuliyyəti üzərinizə götürəcəksiniz. Görülən heyvanlar çox yırtıcıdırsa və onlardan qorxmursunuzsa, işlərinizdə bəzi anlaşılmazlıqlar olacaqdır. Yuxuda heyvanları tək-tənha seyr edirsinizsə, yeni bir vəzifə diləyində bulunduğunuza yozulur.

ZİRZƏMİ

Yuxuda şərab çəlləkləriylə dolu ambar və ya zirzəmi görmək-ailə səadətinə işarədir. Ərzaqla ağzınacan dolu zirzəmi-pul və maliyyə baxımından gələcəyinizin təmin olunduğuna, uzun və xoşbəxt bir ailə həyatı yaşayacağınıza yozulur. Boş zirzəmi-qocalığınız xoşbəxt və dərd-sərsiz keçəcək. Su ilə dolu zirzəmi-yabancı adamlara bəzi məhrəm işləriniz barədə qətiyyən söz açmamanız məsləhətdir.

ZİNCİR

Yuxuda zincir görmək-ömrü uzun qadını, halal malı, qorxunu, günahı, işlərin durğunluğunu və çətinləşməsini ifadə edir. Boynunda zincir olduğunu görən adam əxlaqsız bir qadınla evlənəcək.